Dünyanın ən bahalı futbolçuları... - Ronaldo kənarda qaldı

İDMAN 06 noy 2018, 10:34

PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappe "CİES Football Observatory" araşdırma mərkəzinin hesabatına əsasən dünyanın ən bahalı futbolçusu sayılıb.

 

2018-ci il dünya çempionatının qalibinin dəyəri 216,5 milyon avro təşkil edir. Mbappedən sonra ən bahalı oyunçu "Tottenham Hotspur” və İngiltərə yığmasının hücumçusu Harri Keyn hesab edilir (197, 3 milyon avro). İlk üçlüyü Paris klubunun hücumçusu Neymar qapayır (197 milyon avro).

 

CİES-in siyahısında ən bahalı futbolçular arasında ilk 10-luqda Məhəmməd Salah ("Liverpul”, 173 milyon avro), Filipp Koutinyo ("Barselona”, 171,3 milyon), Lionel Messi ("Barselona”, 170,6 milyon), Rahim Sterlinq ("Mançester Siti”, 164,6 milyon), Romelu Lukaku ("Mançester Yunayted”, 164,3 milyon), Dele Alli ("Tottenham”, 163,4 milyon) və Antuann Qrizman ("Atletiko”, 157,7 milyon) yer alıblar. (publika.az)


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top