“Məhsul” stadionu təmir olunur? — VİDEO

İDMAN 23 apr 2024, 09:10
Yasamal rayonunda “Məhsul” stadionu kimi tanınan ərazi illərdir baxımsız vəziyyətdədir. Burada heç bir təmir-tikinti işi aparılmayıb. Lakin bir neçə gündür ki, stadionun futbol meydançasına giriş lentlərlə məhdudlaşdırılıb.

Demokrat.az xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb.

Məsələyə Yasamal rayon Mənzil Kommunal İdarəsindən münasibət bildirilib. Qeyd olunub ki, gələn aydan ərazidə futbol yarışları keçiriləcək. Ərzaini əhatəyə alan lentlər də stadionda salınacaq qazonlarla bağlıdır.

Daha ətraflı süjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top