Bakıda Avropa Kuboku start götürür

İDMAN 03 may 2024, 09:32
Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürəcək.

Demokrat.az xəbər verir ki, Avropa Gimnastikasının təşəbbüsü ilə ilk dəfə baş tutacaq yarışa 34 ölkə təmsilçiləri qatılacaq.

Milli Gimnastika Arenasında yeni formatda təşkil olunacaq turnir üç gün davam edəcək. Avropa Kubokunda mükafatçılar fərdi və çoxnövçülük proqramında, eləcə də komanda hesabında müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycanı Avropa Kubokunda Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandası, fərdi yarışda isə Zöhrə Ağamirova və Kamilla Seyidzadə təmsil edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top