"Report" 4 yaşını qeyd edir

HADİSƏ 27 okt 2018, 10:14

Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 4 il ötür.

 

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən dörd il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

 

“Report”un Türkiyə, Rusiya, Gürcüstan, Qərbi və Şərqi Avropa üzrə müxbir postları, habelə Azərbaycan üzrə Qarabağ, Cənub, Aran, Şirvan, Qərb, Şimal, Şimal-Qərb büroları fəaliyyət göstərir.

 

“Report” İnformasiya Agentliyi gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər saytda gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.

 

Demokrat.Az olaraq “Report” kollektivini təbrik edir, bundan sonra da uğurlar arzulayırıq ! 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top