Azərbaycanlı gəncləri aldadıb Tbilisdə Qarabağ separatçıları ilə görüşdürdülər - Azərbaycanın ərazi bütövlüyünə qarşı HÖRMƏTSİZLİK

HADİSƏ 25 okt 2018, 20:14

Son günlər sosial şəbəkələrdə erməni milliyətli istifadəçilər tərəfindən "Azərbaycan+Armeniya=love" qeydləri ilə hansısa tədbirlərin birində azərbaycanlılarla birgə çəkilmiş fotoşəkillər paylaşılır və müzakirələrə səbəb olur. 


Demokrat.Az xəbər verir ki, bu ilin oktyabr ayında bir neçə beynəlxalq donor təşkilatların maliyyə dəstəyi əsasında sülh təşəbbüslərinin dəstəklənməsi məqsədilə Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın və Ermənistan nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilib. Həmin toplantılarda qondarma "Dağlıq Qarabağ" nümayəndələri də müxtəlif tərəf kimi çıxış ediblər. 


Ermənilərdən fərqli olaraq, toplantıya qatılan Azərbaycan nümayəndə heyəti isə əsasən natamam təcrübəsiz olan və beynəlxalq tədbirlərdə iştirak etməmiş gənclərdən ibarət olduğu üçün müzakirələr zamanı soydaşlarımız bir çox mübahisəli məsələlərdə qeyri-aktiv olublar və təşkil edilən debatlar əks tərəfin açıq üstünlüyü ilə şəraitində keçib. 

 

Картинки по запросу georgia armenia azerbaijan


Bununla yanaşı, erməni tərəfi öz aqressiv ritorikası, Milli Qəhrəman Allahverdi Bağırovun baş daşının sındırılması və dinc əhaliyə qarşı həyata keçirilən təxribatlarını aprel döyüşlərindən sonra yaranmış vəziyyət - "öz haqlarının müdafiəsi" kimi izah ediblər. 


Azərbaycan dövlətinin bütün rəsmi danışıqlar zamanı qondarma "Dağlıq Qarabağ"ı tərəf kimi qəbul etməkdən imtina etməsinə baxmayaraq, tədbirin təşkilatçıları həmin bölgədən olan erməniləri müstəqil iştirakçı kimi təqdim edərək, onların mövqelərinin müdafiəsi üçün şərait yaradıblar. 

 

Картинки по запросу georgia armenia azerbaijan


Ölkəmizin ədalətli mövqeyi ilə bağlı məsələlərin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin diqqətini yayındırmaq məqsədilə erməni tərəfi əsas səylərini birgə tamaşaların və gəzintilərin təşkilinə, eləcə də eyş-işrət məclislərinin keçirilməsinə sərf edib. 


Hazırda Azərbaycan cəmiyyətini toplantının maliyyələşdirilməsini həyata keçirmiş beynəlxalq təşkilatların tədbirin yarıtmaz səviyyədə və açıq-aşkar anti-Azərbaycan səpkidə keçirilməsi, Azərbaycanın milli maraqları və rəsmi mövqeyi ilə üst-üstə düşməməsi, eləcə də əhali tərəfindən narazılıqla qarşılanmasından xəbərdar olması maraqlandırır. Çünki sözügedən faktlar yayılacağı təqdirdə həmin qurumların nüfuzunun aşağı salınması, onlara etibarın düşməsi və cəmiyyətdə deskriditasiya olunması ilə nəticələnə bilər. 


Demokrat.Az

  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top