Piyada avtobusun altında can verdi - Bakıda

HADİSƏ 20 okt 2018, 11:01

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Demokrat.Az Publika.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində, Lökbatan-Xocasən yolunun "Meyvəli" bazarının qarşısından keçən hissəsində 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlu yolu keçməyə çalışan piyadanı vurub.

 

Ağır xəsarət alan piyada, 1986-cı il təvəllüdlü Süleyman Nəbiyev hadisə yerində ölüb. Məlumata görə, hadisəni törədən avtobus İ-Qafqaz MMC şirkətinə məxsusdur.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top