Bişkekdəki qalmaqallı azərbaycanlı ilə bağlı ilginc İDDİA

HADİSƏ 26 sen 2018, 10:20

Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır. Buradakı həmvətənlərimizin əksəriyyəti 1933-1937-ci illərdə Mərkəzi Asiyaya sürgün edilənlərin – repressiya qurbanlarının ailə üzvləridir. Onların arasında 3 elmlər doktoru, 22 elmlər namizədi, 9 əməkdar xadim (elm, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və ədliyyə), 3 nəfər Qırğız Respublikasının “Şöhrət” medalı ilə təltif edilmiş və yüzlərlə hörmətli ziyalılar var. Bu hörmətli insanlar Qırğız Xalqı Assambleyasına daxil olan Qırğızıstanda yaşayan Azərbaycanlıların yeganə nüfuzlu “Azəri” İctimai Birliyinin tərkibindədirlər. Onlar qürbətdə hörmət qazanaraq Azərbaycanın nüfuzunu uca tutur və ölkələrimiz arasında münasibətlərini möhkəmləndirirlər.


Təşkilat sədri Qırğızıstanda diaspora təşkilatları arasında parçalanma yaradan Nüsrət Məmmədovu konkret faktlarla tənqid edib.


“1980-ci illərin sonunda Azərbaycandan Qırğızıstana köçən Nüsrət Musa oğlu Məmmədov adlı birisi diaspora üzvləri arasında parçalama aparır və yalan, böhtan xarakterli məlumatları Azərbaycan mətbuatında yayır. Biz repressiya qurbanlarının ailə üzvləri, Nüsrət Məmmədov kimi fırıldaqçıların Azərbaycan dövlətinin rəsmi dövlət xadimlərinə şər atmasına, Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini, Qırğızıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri cənab Yaqub Eyubovun şəklini yandırmağa cəhd etməsinə qəti etiraz etmişik. Bu gün onun mətbuata verdiyi məlumatlar heç bir qanun çərçivəsinə sığmır və məntiqi əsası yoxdur. Biz bunu Azərbaycan dövlətinə qarşı çıxış kimi qiymətləndiririk.


Nüsrət Məmmədov kimi dələduzlar Qırğızıstanda yaşayan bütün xalqların yanında bizi alçaldır. Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev 2012-ci ilin 30-31 mart tarixlərində Bakıya rəsmi səfəri zamanı Heydər Əliyev adına parkın salınması ilə bağlı qərar qəbul edilmişdir və bu parkın təməlini iki ölkənin Prezidentləri qoymalıdır. Nüsrət Məmmədovun park salmağa heç bir hüquqi əsası və maddi imkanı yoxdur. 


O, hesab edir ki, parkın tikintisi üçün hesaba böyük məbləğdə pul köçürüləcək və onu da mənimsəyəcək.
11 may 2012-ci il tarixində Bişkek şəhəri Meriyası 135 saylı Qərarı ilə Heydər Əliyev adına parkın salınması üçün 5,5 hektar torpaq sahəsi ayrılmış və Bişkek şəhərinin Bələdiyyə Mülkiyyəti İdarəsinə verilmişdir. Nüsrət Məmmədov isə hamını yanlış fikrə salaraq, qazanc məqsədilə özünü bu işə qatmaq istəyir.


Haqlı olaraq Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi Nüsrət Məmmədovun fəaliyyətinə çoxdan nəzarət edərək onun biabırçı hərəkətləri, o cümlədən Heydər Əliyev adına parkın özbaşına təməl qoyma mərasimini keçirtmək və cənab Yaqub Eyubovun şəklini yandırmaq planlarının qarşısını çox operativ alıb.


Hələ 2012-ci ilin 9 aprel tarixində park üçün ayrılan torpaq sahəsində bir neçə nəfərlə qırğız televiziya kanalının çəkiliş qrupunu dəvət edərək, qoyun kəsib, parkın guya ona məxsus olduğunu bəyan edərək “açılışını” edib. Onun məqsədi var ki, torpaq sahəsini ələ keçirtsin və şəxsi mənafeyinə uyğun olaraq bu yerdən istifadə etsin.


Qırğız xalqı bizim qardaş-bacılarımızı tamhüquqlu vətəndaş kimi qəbul edib. Amma Nüsrət Məmmədov kimilərinin vətəni ağır günlərdə qoyub, Qırğızıstanda fırıldaqçılıqla məşğul olaraq diaspor üzvləri arasında qarşıdurma yaratmaq, azərbaycanlıları biabır etməkdir.

Nüsrət Məmmədov Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi tərəfindən 2004-cü ildə qaçaqmalçılıq üstündə cinayət məsuliyyətinə cəlb olunub.

 

Картинки по запросу Nüsrət Məmmədov


Nüsrət Məmmədovun digər ağlasığmaz bir əməli də Qırğızıstanda Heydər Əliyev adına Fondu qeydiyyatdan keçirtməsidir və Fondun loqotipindən, [email protected] elektron ünvanından və Fondun vizit kartından da istifadə etməsidir. Məlum olduğu kimi, Azərbaycanın rəsmi dairələri işə qarışandan sonra Fond ləğv edilib. Lakin Nüsrət Məmmədov öz çirkin niyyətlərindən əl çəkmir, bu gün də Heydər Əliyev Fondunun adından, loqotipindən, elektron ünvanından və hətta vizit kartından istifadə edir. Hal-hazırda isə o, cibində iki vizit kartı saxlayır (Heydər Əliyev Fondunun emblemi ilə və türkdilli dövlətlərin siyasətinə dəstək Fondunun) və yeri gələndə hər birindən istifadə edir.


Nüsrət Məmmədov özünü guya ona dəstək verən Azərbaycan Respublikasının bəzi vəzifəli şəxslərinin adları ilə pərdələyir.


Nüsrət Məmmədovun əsas məqsədi yalnız internet vasitəsi ilə mətbuata yalan xəbərləri yaymaqdan və özünün akriv fəaliyyətini göstərməkdən ibarətdir. Bir neçə nəfərlə çayxanada oturub, sonra Azərbaycan mətbuatına məlumat verir ki, böyük tədbirlər keçirib.


Bişkek şəhərinin kənarında, öz evinin yanında, yolun qırağında bir köşk qoyub və onun üstündə Heydər Əliyev Fondunun “Heydər Əliyev güşəsi” lövhəsini asıb (5 fotoşəkil əlavə olunur). Bu da yerli ictimaiyyətin təəccübünə, gülüşünə səbəb olur və Ulu Öndərin xatirəsinə bir təhqirdir”.


Təşkilat sədri onu da bildirir ki, bir müddət əvvəl onun fəaliyyəti ilə bağlı ölkə rəhbərliyinə müraciət olunub.


“Hələ hörmətli səfir Hidayət Orucovun Bişkekə gəlişindən çox qabaq – 29 mart 2012-ci ildə “Azəri” İctimai Birliyi tərəfindən Nüsrət Məmmədovun zərərli fəaliyyəti haqqında möhtərəm Prezidentimiz cənab İlham Əliyevə məktub ünvanlamışdıq.


Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Hidayət Orucov səfirliyə gələn gündən bütün azərbaycanlıları hörmətlə qəbul edir, onların problemləri ilə maraqlanır və problemlərin həlli üçün ardıcıl tədbirlər keçirir. Səfirlik Qırğızıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklər arasında ən fəallardan biri sayılır, ölkədə müxtəlif sahələr üzrə gərəkli tədbirlər keçirir, iki qardaş xalqlar arasında münasibətlərin inkişafı üçün çoxlu işlər həyata keçirir.

 

Картинки по запросу Nüsrət Məmmədov


Azəri” İctimai Birliyinin 2013-cü ilin iyul ayının 27-də Bişkek şəhərində keçirdiyi ümumi iclasının bəyanatı qəbul olunaraq, Nüsrət Məmmədovun törətdiyi bütün çirkin əməlləri bir-bir açıqlanaraq və xüsusilə, onların arasında azərbaycanlı gənc qızı aldatdığı, alçaltması və imkansız vəziyyətdə qoyduğunu qeyd edilib.


Daha sonra Azərbaycan vətəndaşı Röya Osmanova Azərbaycanın Qırğızıstandakı səfirliyinə müraciət edərək, vətənə qayıtmaq üçün maddi yardım istəyib. Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri cənab Hidayət Orucovun həmin hadisə baş verən zaman xidməti ezamiyyətdə olduğuna baxmayaraq və bu vətəndaşı tanımasa da ona Azərbaycana qayıtmaq üçün aviabiletin alınmasına göstəriş verib.


Yazdıqlarımız bir müxbir araşdırmasıdır mövzunu davam etdirəcəyik. (Diaspor.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top