ABŞ-ın atom sualtı qayığı Cəbəllütariq limanında göründü

DÜNYA 01 sen 2018, 18:37

ABŞ-ın "Los Anceles" tipli "Nyuport Nyus" atom sualtı qayığı Cəbəllütariq limanına daxil olub. 

 

Yerli "Gibraltar Chronicle" nəşri sualtı qayığın avqust 30-da liman ərazisində göründüyünü yazıb. 

 

Qəzetdə qeyd olunan məlumata görə, İspaniya gömrük orqanlarına məxsus qayıq sualtı qayığa yaxınlaşmağa çalışsa da, Cəbəllütariq polisi onu dayandırıb.Cəbəllütariqdə bazası olan Böyük Britaniya Silahlı Qüvvələri "Twitter" hesabında ABŞ-ın sualtı qayığının limana yanaşmasının planauyğun olduğunu təsdiqləyib.(virtualaz.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top