Maska qıtlığı yaradanlar cəzalandırılacaq — XƏBƏRDARLIQ

SOSİAL 03 iyn 2020, 21:20

“Tibbi maskaların vahid qiyməti 30 qəpik müəyyənləşdirilib”.


Demokrat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.


O bildirib ki, idxal olunan maskaların qiyməti fərqlidir:


“Bu fərqi hökumət idxalçı şirkətlərə ödəyir. Ölkədə maska qıtlığı yoxdur. Ola bilər ki, cərimələrin aktuallaşması kimlərdəsə möhtəkirlik etmək arzusu yaradıb. Biz belələrinə xəbərdarlıq edirik ki, bunun cəzası olacaq”.


O vurğulayıb ki, bu gün gündəlik istehsal 500 min maskadır:


“Azərbaycanda isə müəyyən günlər 300 min maska istifadə edilib. Ölkədə 15 milyona qədər maska ehtiyatı var. Ona görə də ajiotaja ehtiyac yoxdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top