İcra başçısının oğlu Milli Məclisdəki işini itirdi

HADİSƏ 02 iyn 2020, 19:00

Milli Məclisin Aparatında kadr islahatları davam etdirilir.

 

Demokrat.az Unikal.org-a istinadən xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq əmri ilə, Aparatda çalışmış Fuad Qasımov tutduğu vəzifədən azad edilib. 

 

Qeyd edək ki, F.Qasımov Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımovun oğludur. 

 

Xatırladaq ki, bu gün yayılan xəbərlərə görə Arif Qasımov digər icra başçılarının həbsindən qorxuya düşərək bir sıra əmlaklarını satışa çıxarıb. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top