Türkiyədə iki ailə arasında dava düşdü — Ölənlər var

DÜNYA 30 may 2020, 15:13

Türkiyənin Ərzurum vilayətinin Çat rayonunun Kösələr kəndində iki ailə arasında silahlı insident baş verib.


Demokrat.az xəbər verir ki, hadisə zamanı 5 nəfər ölüb, 4 nəfər yaralanıb. Münaqişəni törədən 2 nəfər isə hadisə yerindən qaçıb.


Məlumata görə, qız qaçırtma səbəbindən araları gərgin olan Günəş və Yıldız ailələri torpaq məsələsi üzündən mübahisə ediblər. Mübahisə daha sonra silahlı davaya çevrilib. İ.Y. və B.Y-nın açdıqları atəş nəticəsində bir ailədən 4 nəfər – Sıddık, Həsən, Baki, Sinan Günəş və Sıracettin Yıldız dünyasını dəyişib.


Hazırda polis hadisəni törədənlərin saxlanılması istiqamətində işlər aparır.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top