Azərbaycanın səfirlik və konsulluqlarına yeni səlahiyyət verildi

SİYASƏT 27 avq 2018, 22:51

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

Demokrat.Az-ın məlumatına görə, dəyişikliyə əsasən "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 10.7-2-ci bənd əlavə edilib:

 

"10.7-2. xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edir”.

 

Dövlət başçısının digər fərmanına əsasən, Azərbaycan Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”də dəyişiklik edilib.

 

Dəyişikliyə əsasən, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 14.20-1-ci bənd əlavə edilib:

 

"14.20-1. xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edir”.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top