Koronavirusu 30 saniyədə öldürən dezinfeksiya cihazı hazırlandı — FOTOLAR

DÜNYA 19 may 2020, 08:43

Türkiyədə kvant fizikası sahəsində araşdırma aparan professor Afif Sıddıki və komandası koronavirus epidemiyası ilə mübarizədə səhiyyə işçilərini və xəstələri virusa yoluxmaqdan qoruyacaq dezinfeksiya kabinəsi dizayn edib.


Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.


“UVC dezinfeksiya kabinəsində həyata keçirdiyimiz sınaqlarda istifadə etdiyimiz model hüceyrənin 30 saniyə kimi çox qısa müddətdə yüz faizə çatan göstərici ilə öldüyünü müşahidə etdik”, - deyə, professor bildirib.


Pandemiya ilə ön xətdə savaşan səhiyyə işçilərinin ən çox risk etdiyinə diqqət çəkən A.Sıddıki hazırladıqları kabinədə ozondan və ultrabənövşəyi şüalardan birlikdə istifadə edərək, səhiyyə işçilərinin qoruyucu geyimlərinin və avadanlıqların dezinfeksiyasının qarşıya məqsəd qoyulduğunu bildirib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top