Qazaxıstanda fövqəladə vəziyyətə son qoyulur — Tokayev

DÜNYA 11 may 2020, 19:07

Bu gün ölkə daxilində fövqəladə vəziyyətə son qoyulur.


Demokrat.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev fövqəladə vəziyyət rejimini təmin edən dövlət komissiyasının son iclasında söyləyib.


“Bir sıra bölgələrdə yoluxma təhlükəsi qalmaqdadır. Epidemiya tamamilə məğlub olmayıb. Pandemiya hələ də ictimai sağlamlıq üçün təhlükəlidir. Buna görə də, hər bölgədə vəziyyət yaxşılaşdıqca, karantin məhdudiyyətləri tədricən qaldırılacaq” deyib.


Prezidentin nitqinin tam mətni akorda.kz saytında yayımlanacaq.


Bundan əlavə, bu gün Qazaxıstan Respublikası Baş nazirinin müavini fövqəladə vəziyyətin ləğvi ilə bağlı brifinq keçirəcək.


Ölkədə cəmi 5126 koronavirus hadisəsi təsdiqlənib.


Xatırladaq ki, martın 15-də Qazaxıstan Respublikasının Prezidenti koronavirusun yayılması təhlükəsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi tətbiq etmişdi.


Aprelin 10-da bu müddət ayın sonunadək uzadıldı, sonra isə mayın 11-dək artırıldı.(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top