Gürcüstan Saakaşvilinin vəzifəyə gətirilməməsinə görə Ukraynaya təşəkkür etdi

DÜNYA 07 may 2020, 14:34

Gürcüstan Parlamentinin vitse-spikeri Mamuka Mdinaradze Ukrayna millət vəkillərinə sabiq prezident Mixail Saakaşvilinin Ukrayna Baş Nazirinin birinci müavini vəzifəsinə namizədliyinə baxılmamasına görə təşəkkür edib.


Demokrat.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.


Məlumata görə, vise-spiker buninla bağlı ötən gün keçirilən brifinq zamanı danışıb:


“Mən Ali Radaya və həmkarlarımıza ehtiyatlılıq göstərdiklərinə və mövqeyimizi bölüşdüklərinə görə təşəkkür edirəm. Fakt budur ki, Ali Radada Saakaşvilinin sözügedən vəzifəyə namizədliyinin irəli sürülməsi baş tutmadı”.


Onun sözlərinə görə, Saakaşvilinin namizədliyinin təsdiqlənməməsinin əsas səbəblərindən biri də Gürcüstan tərəfinin Ukrayna hakimiyyətinə mürəciəti olub.
Qeyd edək ki, aprelin 22-dəUkrayna prezidenti Vladimir Zelenski  Saakaşviliyə Baş Nazirin islahatlar üzrə birinci müavini vəzifəsini təklif etmişdi. Gürcüstan sabiq Prezidentin Ukrayna hökumətində vəzifəyə keçəcəyi təqdirdə Kiyevdəki səfirini geri çağıracağını bildirmişdi.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top