Artıq AVRO-2020-yə alınmış biletləri qaytarmaq olar

İDMAN 05 may 2020, 21:32

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün alınmış biletləri qaytarmaq mümkündür. 


Demokrat.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, azarkeşlər bu gündən etibarən biletləri geri qaytarıb pullarını geri ala bilərlər. Bunun üçün qurumun saytında müvafiq prosedurları tamamlamaq lazımdır.


Qeyd edək ki, biletlərin 2021-ci ildə keçiriləcək turnir üçün etibarlı olacağı da bildirilmişdi. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top