Suriyada terrorçular 9 polisi öldürdülər

DÜNYA 04 may 2020, 19:20

Suriyanın İordaniya ilə sərhədində yerləşən Mzeyrib rayonunda polis bölməsinə terror hücumu olub.


Demokrat.az xəbər verir ki, azı 9 nəfər polis əməkdaşı öldürülüb. Bu barədə Suriya Daxili İşlər Nazirliyindən bildirilib.


Qeyd edək ki, Mzeyrib Deraa əyalətindən qərbdə yerləşir. “Cebhat ən-Nüsra” ekstremist qruplaşması buranı 2018-ci ildə tərk etsə də, onun bəzi üzvləri İdlib əyalətinə köç etmişdi. Ötən il də Mzeyribdə döyüşçülər bir neçə silahlı hücum təşkil etmişdilər.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top