Türkiyə koronavirus daşıyıcılarını bu üsulla tapacaq

DÜNYA 04 may 2020, 14:34

Türkiyənin Səhiyyə Nazirliyi gizli koronavirus daşıyıcılarını tapmaq üçün fəaliyyətə başlayıb.


Demokrat.az xəbər verir ki, xroniki xəstələr və risk altında olanlar üçün səyyar test qrupları təyin ediləcək.


Xəstəxanalara virus şübhəsi ilə daxil olanların sayının azalmağa başladığı, hazırda yalnız müraciət edənlərin və cavabı müsbət çıxanların təmasda olduqları şəxslərin yoxlanıldığı bildirilir.


Yeni araşdırma ilə heç bir simptomları olmayan təxminən 30 faiz virus daşıyıcılarının aşkarlanması hədəflənir. Qurban Bayramına qədər ilk növbədə, sənaye komplekslərində, kiçik sənaye obyektlərində və müəssisələrdə, restoranlarda və kafelərdə işləyənlər, xroniki xəstəlikləri olanlar və risk qrupundakı insanların müraciət etmədən testdən keçirilə biləcəyi qeyd olunur.


İyun ayının əvvəlində başlaması planlaşdırılan daxili turizm mövsümü ilə əlaqədar bu sektorda çalışanlar da koronavirusla bağlı test ediləcək.


Həmçinin bildirilir ki, müəyyən bölgələrdə vətəndaşların xəstəxanalara gəlməsini gözləmədən, təsadüfi testlər də ediləcək.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top