AFFA Prosineçki ilə razılaşıb?

İDMAN 21 apr 2020, 16:44

AFFA Azərbaycan yığmasının baş məşqçi postu ilə bağlı qərar verib. 


Demokrat.az xəbər verir ki, milli yenidən Robert Porsineçkiyə tapşırılacaq. 


Bildirilir ki, Prosineçki “Kayserispor”dan ayrılacaq və buna səbəb komandanın aşağı liqaya yuvarlanması olacaq. 


Məlumata görə, oktyabrda xorvat mütəxəssislə görüşən federasiya növbəti dəfə onunla masa arxasına oturub və razılığını alıb. Rəsmi açıqlama isə Türkiyə çempionatı başa çatdıqdan sonra veriləcək. 


Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top