İsmayıllıda şok olay: Azyaşlıya qarşı əxlaqsızlıq edildi

KRİMİNAL 20 apr 2020, 16:51

İsmayıllı rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsızlıq edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, İsmayıllı rayon sakini Dünyamalıyev Asif Qismət oğlu yetkinlik yaşına çatmayan bir qıza qarşı zorakılıq edib, onu cinsi ehtirasını təmin etmək üçün iyrənc hərəkətlər etməyə məcbur edib.


Asif Dünyamılyev həbs edilib.


Onun barəsində Cinayət Məcəlləsinin 153.3-cü (on dörd yaşına çatmayan şəxsə qarşı əxlaqsızlıq etmək, eyni əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.


İstintaq davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top