Əfsanəvi futbolçu koronavirusdan öldü

İDMAN 17 apr 2020, 19:20

İngiltərənin "Lids Yunayted" klubunun əfsanəvi futbolçusu Norman Hunter dünyasını dəyişib. 


Demokrat.az xəbər verir ki, 76 yaşlı keçmiş müdafiəçi xəstəxanada koronavirusdan vəfat edib. 


Hunterin koronavirus testi aprelin 10-da müsbət nəticələnib və o, xəstəxanaya aparılıb. 


Qeyd edək ki, Norman Hunter 1962 - 1976-cı illərdə "Lids Yunayted"in formasını geyinib. O, iki dəfə (1968/1969, 1973/1974) İngiltərə çempionatının qalibi olub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top