"E-HUQUQ" MMC yeni növ koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.
Şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 AZN məbləğində ianə edib.
MMC-yə daxil olan e-huquq.az saytı "evdə qal" kampaniyasına qoşularaq, ailəmizi, həkimlərimizi, xalqımızı qorumağa çağırıb.
Qeyd edək ki, e-huquq.az portalı əhalinin bütün təbəqələri üçün hüquqi məsələlər, məhkəmə və hüquq-mühafizə orqanlarının işi üzrə müstəqil ixtisaslaşmış informasiya platforması kimi fəaliyyət göstərir.
Sayt eyni zamanda koronavirusa qarşı görülən tədbirləri və maarifləndirici məlumatları işıqlandırır.
Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu martın 19-da Prezident İlham Əliyevin Fərmanı əsasında yaradılıb.