Bakıda köməksiz şəxsə dəfələrlə işgəncə verildi — DƏHŞƏT

KRİMİNAL 01 apr 2020, 16:26

Bakının Nizami rayonunda şəxsə işgəncə vermə faktı aşkar edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Nəzərov Əliqismət Yusif oğlunun köməksiz vəziyyətdə bir nəfərə qarşı işgəncə verməsi barədə Nizami rayon Polis İdarəsinə məlumat daxil olub.


Polis əməkdaşları tərəfindən ünvana keçirilən baxış zamanı fakt təsdiqini tapıb.


Polis Əliqismət Nəzərovu həbs edib.


Əliqismət Nəzərovun barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.


Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən Nizami rayon Məhkəməsinə təqdimat göndərilib.


Hakim Babək Qasımovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub.


Əliqismət Nəzərovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Hazırda cinayət işi üzrə istintaq davam edir.


Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top