Azərbaycan qarmon ifaçılıq sənətinin əvəzsiz sənətkarı, ustad musiqiçi, professor Xanlar Cəfərov vəfat edib.
Demokrat.az baku.ws-ə istinadla xəbər verir ki, musiqiçi gecə saatlarında həyatla vidalaşıb.
Bu barədə musiqi camiəsinin nümayəndələri sosial şəbəkədə paylaşımlar ediblər.
Hər kəs əvəzedilməz sənətkarı itirdiklərini qeyd edib.
X.Cəfərov Bakının Əmircan kəndində doğulmuşdu. Sənətkarın ölüm səbəbi barədə məlumat yoxdur.
Qeyd edək ki, qarmon ifaçılıq sənətinin inkişaf etməsində Xanlar Cəfərovun adı Aftandil İsrafilovla yanaşı çəkilir.
Allah rəhmət etsin!