Deputatlarda koronavirus aşkarlanmadı — RƏSMİ

HADİSƏ 28 mar 2020, 11:30

Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar keçdikləri həkim müayinələrinin nəticələri açıqlanıb.


Bu barədə Oxu.Az-a Azərbaycan parlamentinin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.


O bildirib ki, deputatların analizlərinin cavablarının hamısı neqativ çıxıb, yəni onların heç birində koronavirus aşkarlanmayıb.


Qeyd edək ki, martın 30-da Milli Məclisin iclası keçiriləcək. Parlament sədri Sahibə Qafarovanın göstərişi ilə deputatlar iclas zalında bir-birindən iki metr aralıda oturacaqlar.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top