“Koronavirusu müəyyənləşdirən testləri gecə ilə Türkiyədən gətirdik” — Oqtay Şirəliyev

GÜNDƏM 24 mar 2020, 22:10

“Koronavirusu müəyyənləşdirən ilk testlər Almaniyanın bir neçə laboratoriyasında tətbiq olunurdu. Biz həmin testləri gecə ilə Türkiyədən gətirdik. Xəstəliyin gedişatı onu göstərir ki, ciddi rejim olmasa, vəziyyət dəyişə bilər”.  


Demokrat.az xəbər verir ki, bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin efirində yayımlanan “Hədəf” televiziya proqramında qonaq olarkən deyib.  


Onun sözlərinə görə, ciddi rejim olmasa, inkişaf etmiş ölkələrin də səhiyyəsi bunun qarşısını ala bilməz:


“Çox maraqlı rəqəmlər var. Belə ki, xəstəlik yarandığı ilk 60-65 gün ərzində dünyada 100 min insan xəstələndi. 10 gün ərzində isə daha 100 min nəfərdə yoluxma halı qeydə alındı. 4-5 gün ərzində isə az qala xəstələrin sayı 400 minə çatır. Ölüm halları da artır. Bu, ilk infeksiya deyil. Son 15-20 il ərzində müxtəlif viruslarla H1N1, H1N5 virusu, “Ebola” və s. qarşılaşmışıq. Onlar da öz növbəsində təhlükəli idi. Hər bir halda Azərbaycanda qabaqlayıcı tədbirlər görülüb.  


Həmin ərəfələrdə də qəbul olunan qərarlar böyük həssaslıqla hazırlanırdı. Qəbul edilən qərarların birinci məqsədi virusun geniş yayılmasının qarşısını almaq, ikinci məqsəd isə bu müddət ərzində insanların həyat tərzində əlavə problemlərin yaranmaması idi”.


Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top