Macarıstan şirkətləri Qarabağın bərpasında iştirak edəcək — AÇIQLAMA

GÜNDƏM 25 apr 2024, 20:12
Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyarto Azərbaycan Respublikası hökuməti və Macarıstan hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasında bildirib ki, Macarıstan şirkətləri Qarabağın yenidən qurulması və bərpasında iştirak etməkdə maraqlıdır. Nazir qeyd edib ki, bununla bağlı plan hazırlanır: "Hesab edirik ki, bu ilin noyabrına qədər sözügedən plan tamamlanacaq və Macarıstan şirkətlərinin iştirak edə biləcəyi sektorlar müəyyənləşəcək. Gələn ilin sonuna qədər Macarıstan şirkətləri regionun rekonstruksiyasına töhfə verməyə başlayacaq”.

Milli Məclisin deputatı Asim Mollazadə Demokrat.az-a açıqlamasında Macarıstanın Qarabağın bərpasında maraqlı olmasını müsbət qiymətləndirib:

“Azərbaycanla Macarıstan arasında əlaqələr inkişaf edir. Müxtəlif sahələrdə bu inkişafın şahidiyik. Azərbaycan Macarıstanı təbii qazla təmin edir. 

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə xarici investorlar cəlb olunub. Macarıstan şirkətləri də bu fəaliyyətdə maraqlıdır. Macarıstan bir çox sahələrdə inkişafa nail olmuş ölkədir. Düşünürəm ki, Qarabağın bərpasında tikinti sektorunda, xüsusilə də tarixi abidələrin bərpası istiqamətində macar şirkətləri öz töhfələrini verə bilər. Azərbaycan bu əməkdaşlığı yüksək qiymətləndirir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top