Vilayət Eyvazov Yaşar Əliyevin oğluna VƏZİFƏ VERDİ

HADİSƏ 18 mar 2020, 15:38

Daxili İşlər Nazirliyində növbəti təyinat olub.


Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.


Əmrə əsasən, mayor Tural Əliyev DİN-in Baş Cinayət Axtarışı İdarəsində baş əməliyyat müvəkkili vəzifəsinə gətirilib.


O, bundan əvvəl Baş İctimai Təhlükəsizlik İdarəsində inspektor vəzifəsində çalışıb.


Qeyd edək ki, Tural Əliyev DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyevin oğludur. (oxu.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top