Məhkəmə Mübariz Mənsimovla bağlı həbs qərarı verdi — SON DƏQİQƏ

GÜNDƏM 17 mar 2020, 10:04

Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov həbs edilib.


Demokrat.az HaberGlobal-a istinadən xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılan azərbaycanlı iş adamı Mübariz Mənsimov və meneceri Nuray Peker dünən axşam saatlarında İstanbul Ədliyyə Məhkəməsində hakim qarşısına çıxarılıb.


FETÖ istintaqı çərçivəsində saxlanılan iş adamı barəsində həbs qərarı çıxarılıb.


Qeyd edək ki, iş adamı Mübariz Mənsimov bir neçə gün öncə İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top