Macarıstandan Azərbaycana təyyarə reysi təxirə düşdü — Həmvətənlərimiz çətin vəziyyətdə qaldı (FOTO)

HADİSƏ 16 mar 2020, 09:05

Macarıstandan Azərbaycana təyyarə reysi gözlənilmədən təxirə salınıb.


Report xəbər verir ki, yerli vaxtla saat 23:45-də Bakıya W6 2499 reysi ilə uçuş planlaşdırılıb. Amma uçuşa 3 saat qalmış reys təxirə salınıb.


Nəticədə 50 nəfərə qədər azərbaycanlı vətənə dönə bilməyib. Onlar bir sıra ciddi çətinliklərlə üzləşiblər. Azərbaycanın Macarıstandakı səfirliyinin Emil adlı əməkdaşı hava limanına gəlib.


Məlum olub ki, aviaşirkət yalnız biletlərin pullarını geri qaytarır.


Hazırda Avropada qalan azərbaycanlıların aqibəti bəlli deyil.

 

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top