Tanınmış aparıcının villasından oğurluq edənlər tutuldu

KRİMİNAL 09 mar 2020, 14:30

Teleaparıcı Azər İsmayılovun (Zahid) Mərdəkan-Buzovna yolunun üstündə tikdirdiyi villasında baş verən oğurluq hadisəsinin üstü açılıb.

 

Bu barədə Demokrat.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
 

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunanlar - 1978-ci il təvəllüdlü Y.Yusifov və 1969-cu il təvəllüdlü R.Əliyev müəyyən olunaraq saxlanılıb, maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilib. 

 

Faktla bağlı şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top