Portuqaliya prezidenti şəxsi istəyi ilə karantinə alındı

DÜNYA 09 mar 2020, 13:38

Portuqaliya Prezidenti Marselu Rebelu di Soza karantinə alınıb.
  

Demokrat.az xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında yazılıb. Məlumata görə, Di Soza koronavirusdan əziyyət çəkmir və bu qərarı ehtiyat tədbiri kimi qəbul edib.


“Prezidentdə xəstəliyin simptomları aşkarlanmasa da, onun yaxın iki həftə ərzində bütün ictimai tədbirləri təxirə salınıb”, - deyə məlumatda bildirilir.


Xatırladaq ki, bu həftə Portuqaliyanın Prezident sarayını ziyarət edən məktəblilərdə daha sonra koronavirus tapılmışdı.


Ölkədə “Covid-19”-a yoluxanların sayı 25-dir.  (Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top