Koronavirus Çempionlar Liqasını da "vurdu"

İDMAN 05 mar 2020, 22:56

Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniyanın "Valensiya" klubu ilə İtaliya "Atalanta"sı arasındakı cavab oyunu azarkeşsiz keçiriləcək.


Demokrat.az  klubun  rəsmi saytına istinadən xəbər verir ki, UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün bu qərarı qəbul edib.

 

Klubun açıqlamasında o da bildirilib ki, səfər oyununa bilet əldə etmiş azarkeşlər pullarını geri ala bilərlər.


Qeyd edək ki, İspaniyada koronavirusa 248 yoluxma halı aşkarlanıb. Onlardan 3-ü dünyasını dəyişib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top