Son 30 gündə azərbaycanlılar internetdə nə axtarıb? — FOTOFAKT

MARAQLI 24 fev 2020, 00:35

Son 30 gün ərzində Azərbaycanda internet istifadəçiləri "Google" axtarış sistemi üzərindən ən çox "koronavirus" sözünü axtarışa veriblər.


Demokrat.az "Google"nin açıqladığı nəticələrə istinadən bildirir ki, son bir ay ərzində Azərbaycanda internet istifadəçiləri "koronavirus"dan əlavə "Google" üzərindən ən çox "Kobe Bryant", "Xocalı faciəsi"  kimi sözləri yazaraq axtarışa veriblər.


Azərbaycanda internet istifadəçiləri "Youtube" üzərindən ən çox "Zemheri", "Babil", "Survivor", "Damla" kimi sözlər yazaraq axtarış aparıblar.


Məlumat üçün bildirək ki, son 30 gün ərzində bütün dünya üzrə də ən çox axtarılan söz "koronavirus" olub. "Kobe Bryant", "vuhan virus" kimi sözlər də ən çox axtarışa verilənlər arasında olub.(Yeni Avaz)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top