İranda keçirilən 11-ci parlament və Ekspertlər Şurasının 5-ci dövri seçkilərinə səsvermənin müddəti saat 20:00-dək uzadılıb.
Demokrat.az bildirir ki, bunu İranın Seçki Komissiyasının sözçüsü İsmayıl Musəvi deyib.
İ.Musəvinin sözlərinə görə, İranın 207 seçki dairəsində səsvermə davam edəcək.