Müraciətlərin gec baxılmasına MSK-dan AÇIQLAMA

SOSİAL 19 fev 2020, 17:00

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da namizədlər tərəfindən poçt vasitəsilə edilən müraciətlərin qəsdən gecikdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


MSK-nın bu gün keçirilən iclasında çıxış edən qurum sədri bildirib ki, belə məlumatların heç bir əsası yoxdur. O qeyd edib ki, MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür:


“Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunu hansısa məqsədlər üçün edir”. (“Report”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top