Azərbaycanlı qız başqa oğlanla tutuldu — Restoranda qan düşdü (ANBAAN VİDEO)

HADİSƏ 19 fev 2020, 15:52

Azərbaycanlı qız iki oğlanın qanlı dava  törətməsinə səbəb olub.


Demokrat.az xəbər verir  ki, Azərbaycan vətəndaşı olan Gülsura A Türkiyədə restoranda oğlanla  nahar  edən  zaman qanlı davaya düşüb. 


Türkiyə  mətbuatının yaydığı  məlumata  görə, Əsənyurtda müvəqqəti yaşayan  Gülsura orada türk oğlanla tanış  olub. Bir müddət münasibətləri  olduqdan  sonra  o  oğlandan ayrılıb  və  başqa  bir  türk  oğlanla  münasibət  yaradıb.


Hadisə  də  bunun üstündə  baş  verib. Qızın əvvəlki sevgilisi  Sərdar A. restorana gələn zaman  keçmiş sevgilisinin  başqa  oğlanla əyləndiyini  görərək əsəbiləşib. O, masaya  yaxınlaşaraq  onlara  söz atıb. Daha  sonra  mübahisə əlbəyaxa  davaya  çevrilib. Bu zaman  Azərbaycanlı qızın  yeni sevgilisi Caner K. tapança ilə Sərdarı ağır yaralayıb. Daha sonra  küçəyə çıxaraq havaya  atış  açıb.


Hadisə  yerinə  gələn polis əməkdaşları Azərbaycan vətəndaşı olan Gülsurəni və sevgilisini həbs  edib. Hadisə ilə bağlı araşdırma aparılır.(Oxu24.com)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top