Amerika Milli Basketbol Assosiasiyasının (NBA) əfsanələrindən olan Kobe Brayant helikopter qəzasında ölüb.
Demokrat.az xəbər verir ki, qəza Kaliforniyada baş verib. Helikopterin texniki nasazlıq səbəbindən qəzaya düşməsi nəticəsində 41 yaşlı K.Brayant və daha üç nəfər vəfat edib.
Helikopterin K.Brayanta məxsus olduğu bildirilir.
Qeyd edək ki, NBA tarixinin ən güclü basketbolçularından olmuş "Qara mamba" ləqəbli K.Brayant "Los Angeles Leykers" komandasında forma geyinib. O, Afina (2004) və London (2012) olimpiadalarının, eləcə də FIBA Amerika çempionatının (2007) qalibi olub.