Bakıda kişi qadına 16 bıçaq zərbəsi vurub qaçdı

KRİMİNAL 23 yan 2020, 12:44

Bakıda kişi tanışı olan qadına 16 bıçaq zərbəsi vurub.

 

Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir, hadisə paytaxtın Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Azər oğlu 1988-ci il təvəllüdlü Niftəliyeva Zümrüd Nurəddin qızı və tanışı, 1981-ci il təvəllüdlü Cəbrayılov Taleh Cəlilağa oğlu ilə Xətai rayonu ərazisində birlikdə yemək yeyib spirtli içki qəbul ediblər.

 

Daha sonra Bəhruz Abdullayevlə Zümrüd Niftəliyeva arasında mübahisə yaranıb. Mübahisə nəticəsində B. Adbullayev Z. Niftəliyevanı yerə yıxaraq üzərində gəzdirdiyi bıçaqla qadına 16 bıçaq zərbəsi vuraraq qəsdən öldürməyə cəhd edib. Ardınca isə B. Abdullayev T. Cəbrayılovu bıçaqlayıb hadisə yerindən qaçıb.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B. Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürməyə cəhd) maddəsilə cinayət işi başlanılıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top