Deputat əsəbiləşdi: "Guya mən seçicilərə siqaret paylayıram ki, görüşə gəlsinlər"

SOSİAL 22 yan 2020, 12:41

Sabiq millət vəkili Fazil Mustafa onun haqqında yayılan dezinformasiyalara münasibətini açıqlayıb.

 

Demokrat.az xəbər verir ki, o, özünün facebook səhifəsində saxta məlumatlar yayan jurnalistləri qınayıb:


“Xəbər budur e…Azərbaycan jurnalistikasının etibarını belə zədələyirlər. Yazıblar ki, Fazil Mustafa seçicilərə 5 manat pul və siqaret paylayıb ki, görüşə gəlsinlər. Maraqlıdır ki, qarşıma əlində siqaret çıxan ərkim çatan hər bir kəsin siqaretini alıb çöplüyə atıram ki, Allahın verdiyi vücudu niyə məhv edirsən? Oliqarx da deyiləm ki, bir görüş üçün pul da xərcləyim. Bari yazın ki, kitab paylayıb, seçiciləri şirnikləndirib. Yeri gəlmişkən, yeni kitabım çap ərəfəsindədir, yetişə bilsə seçkilər dövründə böyük bir məkanda, bəlkə də açıq havada seçicilər üçün imza mərasimi keçirib, görüşə gələnlərə kitabımı bağışlayacağam. Mənə kitablarıma, əsərlərimə, düşüncələrəmə görə dəyər verən insanlara sevgim və sayğım fərqlidir”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top