Ölkədən qaçdığı deyilən direktorun yerinə TƏYİNAT

SOSİAL 20 yan 2020, 10:57

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki "Sumqayıt Nəqliyyat” MMC-nin direktoru vəzifəsinə müvəqqəti təyinat olub.

 

Demokrat.az "Report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Rauf Hüseynova həvalə edilib.

 

O, indiyə qədər "Sumqayıt Nəqliyyat”ın direktor müavini olub və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmiş Xannı Rüstəmovu əvəzləyib. 

 

Xatırladaq ki, mətbuatda yayılan məlumatlarda X.Rüstəmovun çalışdığı MMC-də səlahiyyətlərindən sui-istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi yazılmışdı. Həmçinin, şəhər ərazisində fəaliyyət göstərən marşrut xəttlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi topladığı deyilirdi. Digər iddialara əsasən, X.Rüstəmovun yığdığı pullarla  birlikdə Azərbaycanı tərk etdiyi qeyd olunurdu. Adı neqativ əməllərdə hallanan şəxs isə ölkəni tərk etmədiyini, öz ərizəsi ilə işdən çıxdığını açıqlamışdı. Lakin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında "Nəqliyyat" MMC isə X.Rüstəmovun işində nöqsanlara yol verdiyini məhz bu səbəbdən vəzifəsindən kənarlaşdırıldığını bəyan etmişdi. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top