"ABŞ İrana preventiv zərbələr endirmək niyyətində olub" — Maykl Pompeo

DÜNYA 18 yan 2020, 22:25

ABŞ dövlət katibi Maykl Pompeo İranın nüvə obyektlərinə preventiv zərbələr endirmək versiyasını gözdən keçirdiklərini söyləyib.

 

ABŞ xarici siyasət idarəsinin rəhbəri bu barədə fikirlərini “Hugh Hewitt Radio Show” verilişinə verdiyi müsahibədə bildirib.

 

Onun sözlərinə görə, rəsmi Vaşinqtonun əsas məqsədi İranın nüvə silahını əldə etməsinə əngəl törətməkdən ibarətdir.


Jurnlaist İranın digər ölkələrin ərazisində yerləşən ABŞ bazalarına raket hücumları təşkil etməsi halında ABŞ-ın cavab zərbəsi endirib-endirməyəcəyi ilə maraqlanıb.

 

“Bu olduqca vacib sualdır və biz bunun üzərində düşünürük”,-deyə dövlət katibi belə bir cavabla kifayətlənib.

 

Maykl Pompeo prezident Donald Trampın dili ilə İranın heç bir zaman nüvə silahı əldə etməsinə yol verməyəcəkləri hədəsini təkrarlayıb. ABŞ rəsmisi “bunun üçün zəruri olan bütün tədbirləri görəcəklərini” qeyd edib.

 

Dövlət katibi həmçinin prezident Donald Trampın impiçmentinə səbəb olan diplomatik qalmaqala da ünasibət bildilrib.

 

Qeyd olunur ki bu həftə Ukrayna doğumlu ABŞ vətəndaşı Lev Parnasın prezident Donald Trampın şəxsi hüquqşünası Rudi Cuilaniyə keçmiş vitse-prezident Co Bayden və oğlu Hanterə qarşı təhqiqat aparması üçün yardım göstərdiyi, bunun üçün hətta ABŞ-ın Ukraynadakı keçmiş səfiri Mari Yovanoviçə təzyiq göstərildiyi barədə sənədlər ortaya çıxıb.

 

Rəhbərlik etdiyi qurumun işdə adının hallanmasına görə açıqlama vermək məcburiyyətində qalan M.Pompeo heç bir vaxt Lev Parnasla görüşmədiyini və dərc olunan hesabatın səhv olduğunu sübut ediləcəyini bildirib. (Musavat.com)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top