"Parlament sükut yeri deyil, sənin səssiz qoyduğun tribuna..." - Zahid Oruc

SOSİAL 16 yan 2020, 22:15
"Debatlardan kənarda Məclis ola bilməz. Parlament sükut yeri deyil. Çünki sənin səssiz qoyduğun tribuna başqa səslər tərəfindən tutulur. Ən başlıca məsələ isə xaricin və xaric səslərin ölkə daxilində eşidilməsi ona görə artmışdı ki, debatları, informasiya mübadiləsini aparmalı olan qurumlar bir sıra hallarda zamanın tələblərinə cavab vermirdilər". 
 
 
Bu fikirləri Sosial Araşdırmalar Mərkəzinin sədri, millət vəkilliyinə namizəd Zahid Oruc söyləyib.
 
 
Z.Oruc bildirib ki, sözügedən qurumların ikinci planda olan fəaliyyəti informasiya vakuumunu başqalarının doldurmalarına səbəb olurdu: 
 
 
"Əksər hallarda onlar dezinformasiyalarla bunu edirdilər. Ona görə də, müasir dövrün tələblərinə uyğun olaraq informasiya ilə iş rəsmi qurumlarla vətəndaş cəmiyyəti institutlarının münasibətlərində nəzərə alınmalıdır". (Bakupost)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top