Vilayət Eyvazov yeni rəis təyin etdi — ƏMR

HADİSƏ 15 yan 2020, 19:13

Bakı şəhər Baş Polis İdarəsində yeni təyinat olub.


Polis polkovniki Nazim İsmayılov Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Bakı şəhər BPİ-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi vəzifəsinə təyin olunub.


Təyinatla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.


Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top