Bakıda "Hyundai" evakuatora çırpıldı

HADİSƏ 13 yan 2020, 10:00

Bakı şəhərinin Xətai rayonunda "Hyundai" markalı minik avtomobili yol kənarında dayanan evakuatora çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

 

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bildirir ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda "Hyundai" markalı minik avtomobili yol kənarında dayanan evakuatora çırpılıb.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top