Zelenski dəhşətli təyyarə qəzasından yazdı: “Yaxın Şərqdən dəhşətli xəbər...”

DÜNYA 08 yan 2020, 16:07

Ukrayna Prezidenti Vladimir Zelenski Tehranda baş verən qəza ilə bağlı həlak olanların yaxınlarına başsağlığı verib.

 

Bu barədə o, "Facebook” hesabında yazıb.

 

"Yaxın Şərqdən dəhşətli xəbər. Həlak olan sərnişinlər və ekipaj üzvlərinin yaxınlarına səbr diləyirəm”, - deyə o bildirib.

 

Zelenski, həmçinin, qeyd edib ki, İranda yerləşən Ukrayna səfirliyi hadisənin təfərrüatını araşdırır.

 

Qeyd edək ki, Tehrandan Kiyevə uçan təyyarə qəzaya uğrayıb, nəticədə, təyyarədə olan bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. (oxu.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top