İranda dəhşətli təyyarə qəzasından sağ çıxan yoxdur — FOTOLAR

DÜNYA 08 yan 2020, 10:13

Tehranda qəzaya uğrayan təyyarədəki sərnişinlərin hamısı həlak olub.

 

Bu barədə CGEN  nəşri İran xilasetmə xidmətinə istinadla xəbər yayıb.

 

İran fövqəladə hallar idarəsinin nümayəndəsinin sözlərinə görə, təyyarə yerə çırpıldığı anda yanıb.

 

Xatırladaq ki, İranın paytaxtında İmam Xomeyni adına aeroportun yaxınlığında Ukraynanın MAU aviaşirkətinin “Boeing-737” təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 180 sərnişin olub.

 

Təyyarə uçuşdan dərhal sonra yerə çırpılıb.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top