SON DƏQİQƏ! ABŞ bazası və səfirliyi bombalanır — VİDEO

HADİSƏ 04 yan 2020, 22:38

ABŞ-ın Bağdaddakı səfirliyi raketlərlə atəşə tutulub.

 

Anadolu agentliyinin məlumatına görə, “yaşıl bölgədə” yerləşən səfirliyinin yaxınlığına azı 2 mərmi düşüb. Hadisədən sonra bölgədə həyəcan siqnalları işə düşüb. Səfirliklərin və dövlət əhəmiyyətli binaların yerləşdiyi “yaşıl bölgə”yə giriş-çıxışlar nəzarətə götürülüb.

 

Bu hücumdan bir neçə dəqiqə sonra amerikalı hərbçilərin olduğu Səlahəddin şəhərində yerləşən ölkənin ən böyük hərbi bazası “Bələd” raketlərlə atəşə tutulub. Tələfat barədə məlumat olmasa da, çox sayda yaralının olduğu bildirilir. Ərazidə ara-sıra silah səslərinin eşidildiyi irəli sürülür.

 

Hadisələrə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, hücumların İran dəstəkli silahlılar tərəfindən təşkil edildiyi güman edilir.

 

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ ordusu tərəfindən Bağdadda öldürülməsindən sonra bölgədə vəziyyət son dərəcə gərgindir.(publika.az)

 

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top