Ukraynada qanunsuz yaşayan azərbaycanlı cərimə olundu

DÜNYA 20 dek 2019, 11:42

Ukraynada qanunsuz yaşayan azərbaycanlı cərimə edilib.

 

Golos.ua-nın xəbərinə görə, o, avqust ayından Nikolaevski vilayətində qanunsuz yaşayıb.

 

Miqrasiya qanunvericiliyini pozan azərbaycanlı barədə inzibati protokol tərtib edilib.

 

O, 1700 qrivna (123 AZN) cərimə edilib və Azərbaycana məcburi qaytarılması barədə qərar qəbul olunub.

 

Protokola görə o, eyni zamanda, Ukrayna İnzibati Xətalar Məcəlləsinə əsasən 340 qrivna (təxminən 24 AZN) cərimə ödəyəcək. (oxu.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top