Azərbaycanda 35 yaşlı qadın özünü qatarın altına atdı

HADİSƏ 13 dek 2019, 14:28

Dekabrın 12-si, saat 19:20-də Dəllər-Zəyəm mənzilində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

"Azərbaycan Dəmir Yolları” QSC-dən Demokrat.az-a verilən məlumata görə, Şəmkir rayon Sabirkənd kənd sakini, 1984-cü il təvəllüdlü Xəyalə Zakir qızı Orucova Dəllər-Zəyəm mənzilinin 137-ci kilometrində hərəkət edən yük qatarı yaxınlaşarkən relslərin üzərinə çıxıb. 

 

Hadisə yerinə dərhal təcili yardım çağırılıb və ağır bədən xəsarətləri alan X. Orucova Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.

 

Qatar saat 19:50-də təyinatı üzrə yola salınıb. 

 

Hadisə yerində aidiyyəti üzrə araşdırma aparılır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top